Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdirdilər.