Britaniya səfiri BMTM-nin sədri ilə görüşüb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində olub.
“Turanın səsi ” xəbər verir ki, o, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşüb.
“Müxtəlif mövzular ətrafında səmərəli söhbət etdik. Beyin mərkəzləri və QHT-lər hər yerdə mənim kimi dövlət məmurlarını çətinə salmaqda və siyasətimizi gücləndirməkdə vacib rol oynayırlar”, – diplomat tviterdə yazıb.