Blinken nazirlərin ABŞ görüşündən yazıb: “Əldə olunan irəliləyişlərdən razıyam”
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etmək şərəf idi”.
“Turanın səsi ” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.
“Əldə olunan irəliləyişlərdən razıyam. Razılaşmanın əlçatanlığına nikbin baxıram”-deyə, o vurğulayıb.
Qeyd edək ki , 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.