Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
“turaninsesi.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.