Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq Baş nazir Binəli Yıldırım Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
“Turanın səsi ” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Türk dünyasına böyük xidmətlər göstərən Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfatından kədərlənirik. Allah mərhuma rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbr diləyirik. Başımız sağ olsun”.