Binəli Yıldırım: “Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə səhvlərini davam etdirir”

0

“Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə səhvlərini davam etdirir”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq Baş nazir Binəli Yıldırım “Türk Dünyası Notariat Birliyinin qurulması haqqında” sənədin imzalanma mərasimində çıxışı zamanı deyib.

B.Yıldırım bildirib ki, keçmiş Minsk Qrupu və digər beynəlxalq təşkilatlar Qarabağın işğaldan azad olunması üçün heç bir addım atmayıblar: “Nəhayət, Azərbaycan 30 ildən sonra özü öz işini gördü, torpaqlarını azad etdi. Amma Ermənistan diasporun təhriki ilə səhvlərini davam etdirir. Ermənistan enerjisini inkişafa sərf etmək əvəzinə, qeyri-qanuni fəaliyyətlərlə məşğul olur. Azərbaycan Qarabağı terrorçulardan tamamilə azad etdi”.

Sabiq baş nazir qeyd edib ki, Türkiyə daim Azərbaycanın yanındadır.

O əlavə edib ki, Türk dövlətləri arasında əməkdaşlıq günü-gündən inkişaf edir: “Bu, bizi sevindirir. Türk Dövlətləri Təşkilatı kimisə narahat etməməlidir. Bu qurum kiməsə qarşı deyil. Amma o da bilinməlidir ki, biz kimsədən qorxmuruq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir