Beynəlxalq təşkilatdan Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) “X” sosial şəbəkəsindəki hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
“Turanın səsi ” xəbər verir ki, paylaşımda qeyd edilir: “Xocalı soyqırımı şəhidlərimizi sayğı və rəhmətlə anırıq”.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI