Berlində razılıq əldə olunub – Qriqoryan açıqladı
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci Kanal”a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI