“Belə çıxır ki, İsrail çox rahatlıqla İranın Ali dini liderini…” – Polkovnik

0

İsmayıl Haniyənin öldürülməsindən sonra bir çoxları İranın “əfsanələşmiş” hərbi gücü ilə bağlı təsəvvürlərin yox olduğunu düşünür. İllərdir başda ABŞ və İsrail olmaqla, Qərbin bir sıra aparıcı güclərini özünə düşmən elan edən İran, bir çoxlarının düşüncəsində olduqca güclü orduya sahib olan dövlət təsəvvürü yaradırdı. Lakin görünən odur ki, bu heç də elə deyil. 

turaninsesi.az“- in xəbərinə görə, mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İranda hərbi və təhlükəsizlik sahəsində ciddi boşluqlar var: 

“Fikirmcə, İran siyasiləri təhlükəsizlik və hərbi sahəni daha dərindən bilən adamlarla işlərini qurmalıdırlar. Amma görünən odur ki, boş-boş bəyanatlar, çağırışlar və hədələr səsləndirirlər. Sabiq prezidentləri İbrahim Rəisi faciəli şəkildə həyatını itirəndən sonra İran rəhbərliyi yığışıb bir qərar verməli idi, amma biz bunu görmədik. İran boyda bir dövlətin prezidentinin hansısa vaxtı keçmiş helekopterdə qəzaya uğraması və saatlarla axtarılması ölkədə təhlükəsizlik cəhətdən çox böyük boşluqların olduğunu göstərir. Təsəvvür edin, ölkənin yeni prezidentinin inauqurasiya mərasiminə gəlmiş bir qonağı çox rahatlıqla hücum edib öldürürlər. Onların təhlükəsizliyi çox yüksək səviyyədə qorunmalı idi, amma görünən odur ki, İran bu məsələdə çox böyük səhvlərə yol verib”. 

Polkovnik xüsusən İranın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif olduğunu qeyd edib:

“Mənim qənaətim ondan ibarədir ki, İranın hava hücumundan müdafiə və hərbi hava qüvvələri olduqca zəifdir. Açığı, İran İsrailə guya cəza tədbiri həyata keçirəndə bu qənaətə gəldim ki, İranın hücum silahları da bərbad vəziyyətdədir. Bir sözlə, İran bir sıra məsələləri yenidən baxmalıdır. İranda çox böyük boşluqlar və nöqsanlar var. Yəqin artıq başa düşərlər ki, sağa-sola hədələr səsləndirməklə iş düzəlmir. Dünyanın ən aparıcı ölkəsi ilə kəllə-kəlləyə gəlmək və daha sonra belə bir biabırçı mənəzərə bir-birinə tərs mütənasibdir. İran elə bilir ki, hələ də 70-ci illərdi və qarşısındakı düşmən o vaxtlar müharibə etdiyi İraqdır. Bu ölkənin hərbi sahədə olduqca böyük boşluqları var. Raket hücumundan müdafiə deyilən bir anlayış var. Yəni sənin ölkənə haradansa belə bir hücum edilsə, dərhal müvafiq cihazlar onu qeydiyyatdan keçirirlər. Bu olduqca bir biabırçılıqdı. Belə çıxır ki, İsrail çox rahatlıqla İranın Ali dini liderini, prezidentini və digər rəhbər şəxsləri də aradan götürə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir