BƏƏ-dən başsağlığı məktubu gəldi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zaid Ali-Nəhyan Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.
“turaninsesi.az” xəbər verir ki, başsağlığında deyilir:
“Möhtərəm cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”.