Bayramov Vaşinqtonda Xavier Kolomina ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina ilə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.
Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI