Bayramov: Sülh müqaviləsinə dair açıq suallar var
“turaninsesi.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:
“Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. 2 maddə üzrə isə açıq suallar var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb”.
Nazir xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:
“Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz preambulada ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI