Bayden: “ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyə davam edəcək”

0

Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.

Turanın səsi ”  xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

“Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm”, – Bayden qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir