Baş nazir üçtərəfli tranzitdən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.
“turaninsesi.az” xəbər verir ki, Paşinyan bu məsələyə V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı toxunub.
“Biz bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq”, — Baş nazir qeyd edib.
Arzu Paşaqızı