Baş nazir: TRIPP-in icrasını ləngidə bilmərik

“Artıq səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub və 2025-ci il müstəqilliyimizdən bəri, yəni 1991-ci ildən bəri Ermənistanla Azərbaycan arasında atışma nəticəsində heç bir itki və ya yaralanmanın olmadığı ilk təqvim ilidir”.

turaninsesi.az ” Armnpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışında bildirib.

O qeyd edib: “Azərbaycandan Türkiyəyə və geriyə tranziti dərhal təmin etməyə hazırıq, çünki bunu artıq mövcud yollardan istifadə etməklə edə bilərik. Hesab edirəm ki, nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə edib, çünki onlar belə bir qərarın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirə biləcəyinə inanırlar.

Bu kürsüdən rəsmi olaraq bəyan edirəm ki, Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini təxirə salmaq üçün heç bir əsası yoxdur, çünki layihə Ermənistan Respublikasının qısa, orta və uzunmüddətli maraqlarına tam cavab verir və heç bir şəkildə onun suverenliyinə, ərazi bütövlüyünə xələl gətirmir”.

Arzu Paşaqızı