Bakıya səfərimizin səbəbi var – Türkiyə spikerindən önəmli açıqlama 

0

Bu gün qardaş ölkəmiz Azərbaycandayıq. Türkiyədə fəaliyyətə başlayan rəsmi şəxslərin etdiyi kimi, ilk rəsmi səfərimizi Şimali Kiprə və Azərbaycana etdik. 

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlamasında deyib.

Spiker Azərbaycanın Türkiyə üçün qardaş ölkə və yaxın müttəfiq olduğunu bildirib:

“Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrdən biridir. Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa daha çox diqqət yetirir”.

Kurtulmuş Türkiyənin xarici siyasətindən və Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitində iştirakından da söz açıb.

“Cənab Prezident Ərdoğan Vilnüsdə NATO samimitində iştirak edərkən bizim burada olmağımızın səbəbi var. Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bakıya səfərimizin Türk dünyasına böyük töhfə verəcəyini düşünürük”, – deyə spiker qeyd edib.

O vurğulayıb ki, TBMM heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır:

“Türkiyə türk dövlətləri ilə olan münasibətləri çox əhəmiyyətli hesab edir, eyni zamanda Azərbaycanla. Bir qədər sonra Prezident İlham Əliyevlə, Milli Məclisin sədri və Baş nazirlə görüşəcəyik. Bugünkü görüşlərimiz olduqca əhəmiyyətlidir”.

“Önümüzdəki Türkiyə yüz ili üçün Türkiyənin əsas hədəflərindən biri də Türk dövlətləri ilə ortaq əməkdaşlığı genişləndirməkdir. Bizim əsas məqsədimiz Türk siyasətinin dünya siyasətində önəmli yer tutmasına nail olmaqdır”, – deyə Kurtulmuş əlavə edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir