Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti

“Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq davam edir”.
“turaninsesi.az” xəbər verir ki, bunu Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekoti Ermənistanın “İctimai” radiosuna müsahibəsində deyib.
O bildirib ki, bu il Ermənistanla müdafiə sahəsində üç əsas istiqamət var:
“Birincisi, İrəvanın müdafiə avadanlığı ilə təmin olunmasıdır. İkincisi həm Ermənistan, həm də Fransada erməni hərbi kadrlarının hazırlanmasıdır. Üçüncü istiqamət isə Ermənistan Müdafiə Nazirliyinə verilən məsləhət xidmətləridir. Rəsmi Bakının bununla bağlı tələblərinə cavab olaraq deyə bilərəm ki, biz eyni məqsədlərlə fəaliyyətə davam edəcəyik”.
Səfir iddia ki, tərəflər arasında sülh müqaviləsi olmadığı müddətdə silahlı qarşıdurma ehtimalı var:
“Bir ilə yaxındır ki, ciddi insident baş verməyib. Eyni zamanda, müşahidəmizə görə, ötən ilin yayından bəri sülh danışıqlarında ciddi irəliləyiş yoxdur. Buna görə münaqişə yenidən başlaya bilər. Amma təbii ki, danışıqlar prosesi davam etməlidir”.