Bakı və İrəvan bu siyahıda liderdir

0

Keçmiş SSRİ məkanında hərbi xərclərə ən çox pul ayıran ölkələr Azərbaycan və Ermənistandır.

turaninsesi.az” xəbər verir ki, bu nəticə İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Militarlaşmanın müasir trendləri” hesabatında yer alıb.

Məlumata görə, Ermənistan ümumdaxili məhsulunun 4,2%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırır. Gürcüstanda bu göstərici cəmi 1,3% təşkil edib.

Azərbaycanın qonşuları olan Rusiyada hərbi xərclər ÜDM-nin 2,4%-ni, Türkiyədə 0,7%-ni, İranda isə 2,2%-ni təşkil edib.

Dünyada bu məsələ üzrə əsas lider isə Şimali Koreya sayılır. Pxenyanın hərbi xərcləri ÜDM-sinin 24%-ni təşkil edib. Əfqanıstanda bu göstərici 10%, Omanda isə 5,9% olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir