Bakı və İrəvan arasında “Villa Borsig” razılaşması – Nə baş verdi?

0

28-29 fevral tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlində görüşlər keçirildi.

Görüşləri ümumi mənada müsbət dəyərləndirmək olar. Belə ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Villa Borsig

Diqqətçəkən məqam Almaniyanın xarici işlər naziri Annalena Berbokun vasitəçi kimi bütün detallara diqqət etməsidir. Yəni tərəfləri narazı salacaq heç bir nüans yox idi. Nazirlərin Berlindəki “Villa Borsig”də bir araya gəlib danışıqlar aparması da mühüm məqam idi.

Görünən odur ki, Berbok Bakı ilə İrəvan arasında etimad mühitinin yaranması, habelə ölkəsinin tərəfsizliyi baxımdan Bayramovla Mirzoyanın müzakirələrini həm də qeyri-rəsmi atmosferdə təşkil edib.

Xatırladım ki, fevralın 16-də Münhendə Prezident İlham Əliyev, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan üçtərəfli görüş zamanı da Berlin bənzər həssasiyyəti göstərmiş, tərəfləri narazı salacaq nüanslara yol verməmişdi.

Danışıqların Berlin raundu

Görüşlə bağlı digər mühüm məqam tərəflərin nümayəndə heyətinin tərkibidir. Belə ki, Azərbaycanı XİN başçısı Ceyhun Bayramovla yanaşı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları təmsil edib.

Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edib.

Nümayəndə heyətlərinin tərkibindən də aydın olur ki, tərəflər arasında birdən çox məsələ müzakirə edilib. Görüş zamanı əldə edilən mümkün razılıqlar isə bunlardır:

1. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının mümkünlüyü bir daha bütün tərəflər səviyyəsində qeyd edilib;

2. Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam edəcəyini bildirib;

3. Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar;

4. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb;

Yuxarıda qeyd edilənlərin baş tutması üçün ilk növbədə regionda sabitlik olmalıdır. Almaniyadan fərqli olaraq isə Fransa Ermənistanı sürətlə silahlandırır və yeni müharibə üçün əlindən gələni edir.

Regionda gərginlik artmayacağı və şərti dövlət sərhədində Ermənistanın təxribatları olmayacağı təqdirdə yuxarıda maddələrin icrası mümkündür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir