“Bakı-İrəvan əlaqəsinin normallaşması üçün hələ çox işi var” – Rusiya XİN-dən bəyanat

Azərbaycan və Ermənistanın normallaşma prosesinin dönməz olması üçün hələ çox işi var və Rusiya kömək etməyə hazırdır.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə qeyd olunub: “Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması prosesini dönməz hala gətirmək üçün hələ çox işi var, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün Cənubi Qafqaz ölkələri və onların yaxın qonşularının maraqları naminə nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, dövlət sərhədinin ədalətli şəkildə delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti çərçivəsində səmərəli təmasların qurulması”.

Nazirlik əlavə edib: “Rusiya tərəfi bundan sonra da azərbaycanlı və erməni tərəfdaşlarına bütün sahələrdə, o cümlədən 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) çərçivəsində hərtərəfli yardım göstərməyə hazırdır”.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında sazişlər qüvvədə qalır və aktuallığını itirməyib:

“Birlikdə götürdükdə, dörd bəyanat (2020-2022-ci illər) ən yüksək səviyyədə sülh prosesi üçün “yol xəritəsi” təşkil edir. Bu sazişlər qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda yaradılmış mühüm zəmindən Azərbaycan və Ermənistan tərəfləri, o cümlədən birbaşa dialoqda fəal şəkildə istifadə edirlər. Bu kontekstdə Rusiya tərəfi avqustun 8-də Vaşinqtonda sülhün bərqərar edilməsinə dair saziş layihəsinin paraflanması və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlər layihəsini müsbət qiymətləndirib”.

Arzu Paşaqızı