Bakı ilə İrəvan arasında vasitəçi yoxdur – Rubinyan
Sülh müqaviləsi bağlamaq üçün əlimizdən gələni edirik.
“turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan bildirib.
O, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin bu yaxınlarda İstanbulda görüşdüyünü xatırladıb və əlavə edib: “İndi sülh müqaviləsinin imzalanmasına imkan yaratmaq üçün cəhdlər edilir və bu istiqamətdə hər şeyi edirik”.
Vitse-spikeri qeyd edib: “İndiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik hər şey belə gedir. Bu, praqmatizm və praktiklik məsələsidir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI