Bakı İƏT zirvəsinə ev sahibliyi edə bilər

Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir.

turaninsesi.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib.

O bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb.

Nazir 2024-cü ildə təşkilata sədrliyinə, habelə İƏT Nazirlər Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İrana təşəkkür edib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI