Bakı əvəzinə Paris: Danışıqlar uğursuz oldu

Parisdə ABŞ-nin vasitəçiliyi ilə Suriya XİN və Baş Kəşfiyyat İdarəsinin nümayəndə heyəti ilə İsrail təmsilçiləri ilə dialoq keçirilib.

turaninsesi.az” xəbər verir ki, danışıqlarda təhlükəsizliklə bağlı son hadisələr və Suriyanın cənubunda davam edən gərginliyin qarşısını almaq üçün səylər müzakirə edilib.

Görüşdə yekun razılaşma əldə olunmayıb. Görüş zamanı Suriya nümayəndə heyəti Suriya ərazisinin birliyi, bütövlüyü və suverenliyinin müzakirə olunmayan prinsiplər olduğunu vurğulayıb. 

Xatırladaq ki, əvvəlcə görüşün Bakıda keçiriləcəyi bildirilmişdi.