AZAL təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – Yekun hesabat…

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın başa çatması üçün son müddət açıqlanıb.
“turaninsesi.az” tengrinews.kz-yə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev danışıb.
O, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat barədə bildirib:
“ICAO-nun tövsiyə etdiyi tələblərə və standartlara uyğun olaraq, araşdırma 1 il davam edir. Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat tamamlanmalıdır”.
Lastayev qəza ilə bağlı cinayət işi üzrə istintaqın gedişi ilə bağlı şərh verə bilməyib:
“Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan əməliyyat-istintaq qrupu var”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsinin iştirakı ilə faciəvi təyyarə qəzası baş verib. Bakıdan Qroznıya uçan təyyarə məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI