Azərbaycanla Türkiyə arasında tikinti sahəsində anlaşma imzalandı
Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
“Turanın səsi” nə bu barədə FHN -in mətbuat xidmətindən məlumat verilib .
Memorandumu Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.
Bununla yanaşı, “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar birgə hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”a da imza atılıb.
Bu sənədlər tikintidə qiymətqoyma sisteminin təkmilləşdirilməsi, tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması, tikintidə innovativ texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09