Azərbaycanla İsrail investisiyaların təşviqini müzakirə edib
Azərbaycanla İsrail arasında investisiyaların və ticarət əlaqələrinin təşviqi müzakirə edilib.
“Turanın səsi ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazir qeyd edib ki, bununla bağlı müzakirələr bu gün Bakıda keçirilən Azərbaycan hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın iclasında keçirilib: “İkitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələləri nəzərdən keçirdik. Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI