“Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik” – Hakan Fidan
“Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.
“turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq.
“Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır”, – deyə Fidan vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək.