Azərbaycanın xarici işlər naziri İrana getdi
Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.
Bu barədə “turaninsesi.az”-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI