Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar – YENİLƏNİB
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
“turanın səsi ” xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan “Hacı Bani” hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
16:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.
“Turanın səsi ” xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.
O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.
Ə.Ərdoğan qeyd edib ki, bu ərazi UNESCO tərəfindən qorunan, müxtəlif mədəniyyətlərin izlərinə sahib nadir bölgələrdəndir:
“Burada əl əsərlərinin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkənin, həm də Türk mədəniyyətinin brendləşməsi naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm”.