Azərbaycanı İƏT-in qeyri-rəsmi zirvə toplantısında səfir təmsil edəcək
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində təmsil olunacaq.
Bu barədə “turaninsesi.az“-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev iştirak edəcək.
Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI