Azərbaycan XİN Paşinyana cavab verib

0


“Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirdiyi, bölgənin “blokadada” saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik”.

Turanın səsi ” xəbərinə görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 29-da keçirilən hökumətin iclası zamanı səsləndirdiyi fikirlərə cavab olaraq bildirilib.

Qeyd edilib ki, iyunun 27-də Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlara mane olmaq cəhdidir.

“Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin “etnik təmizləmə” kimi qələmə verilməsi absurddur. Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədə “gərgin humanitar vəziyyət” olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.

Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”, – XİN-dən vurğulanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir