Azərbaycan XİN: Fransa üzr istəməlidir
Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib.
“Turanın səsi ” xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
O, Azərbaycana qarşı səslənən ittihamlarla bağlı deyil: “İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də Antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir.
Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir.
Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI