Azərbaycan XİN Estoniyanı pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, – XİN qeyd edib.
Xatırladaq ki, dekabrın 17-də Estoniyanın xarici siyasət idarəsi tviterdə Laçın dəhlizinin keçdiyi ərazini “Dağlıq Qarabağ” adlandıraraq orada yerli əhalinin guya mühasirəyə alındığını iddia edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09