Azərbaycan XİN: “Biz cəzasızlığa son qoymalı və ədaləti bərpa etməliyik”
“Biz cəzasızlığa son qoymalı və ədaləti bərpa etməliyik”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı tviter paylaşımında qeyd olunub.
Bildirilib ki, cinayətlər cəzasız qalmamalıdır:
“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız Mart soyqırımının 105-ci ildönümündə sistemli etnik təmizləmə və nifrət siyasətinin günahsız qurbanlarının xatirəsini yad edirik”.