Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb
Beynəlxalq təşkilatlar Ermənistanın əsirlərə qarşı nümayiş etdirdiyi zorakılığa lazımi qiymət verməlidir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI