Azərbaycan və Türkiyənin XİN başçıları Kahramanmaraşda dağıntılar olan ərazilərə baş çəkib
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
“Turanın səsi ” in xəbərinə görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.
Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.
Hər iki nazir zərərçəkmişlərlə söhbət edib. Çavuşoğlu dağıntılar altında qalmış şəxslərin tez bir zamanda çıxarılacağını deyib.
Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI