Azərbaycan və Tacikistan liderlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
“Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.
“Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.
Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub”, – dövlət başçısı bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI