Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb

0

Azərbaycanın Baş Prokurorluğu və Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

Sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Tacikistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Sulayman Sultanzoda imzalayıblar.

Bildirilib ki, sənəd korrupsiyaya qarşı mübarizə, onun qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, gücləndirilməsi məqsədilə imzalanıb.

Görüşdə tərəflər gələcəkdə müvafiq qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir