Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Nazirlər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəmini müzakirə ediblər.
Ceyhun Bayramov finlandiyalı həmkarına münaqişədən sonrakı regional vəziyyət, davam edən mina təhlükəsi, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.