Azərbaycan və Ermənistan arasında gözlənilmədən imzalanan sənəddə nələr var?

0

Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların faktiki olaraq dalana dirənməsinə baxmayaraq, tərəflər gözlənilmədən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqları bərpa etməyə hazır olduqlarını bildiriblər.

turaninsesi.az” -ın xəbərinə görə , bu gün avqustun 30-da iki ölkənin hökumət komissiyalarının bu istiqamətdə birgə fəaliyyəti haqqında sənəd imzlayıblar.

Xatırladaq ki, bu sənədin hazırlanması komissiyaların 2024-cü il aprelin 19-da iki ölkənin sərhədində (Qazax-İcevan istiqamətində) keçirilən 8-ci iclasında razılaşdırılıb və bir aydan az müddətdə, mayın 15-də tərəflər müvafiq rəsmi protokolu imzalayıblar. vakansiya

Ermənistanın baş nazirinin ofisindən alınan məlumata görə, fərman diplomatik kanallar vasitəsilə həyata keçirilən orijinal sənədlərin mübadiləsi yolu ilə imzalanıb və onun mətni gələn bazar ertəsi dərc olunacaq.

“Sənədin gec dərc olunması hər iki ölkədə proseslərin mümkün qədər sinxronlaşdırılması zərurəti ilə bağlı olub”, – məlumatda deyilir.

Baş nazir Nikol Paşinyanın ofisindən verilən məlumata görə, “Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə” ratifikasiya proseduru çərçivəsində Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.

Məhkəmənin mövqeyi müsbət olarsa, sənəd ratifikasiya üçün parlamentə təqdim olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir