Azərbaycan və erməni generalları TOPLAŞDI – Britaniyadan ŞOK çağırış: Sərhədə GETMƏYİN!
Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. “Ermənistan-Azərbaycan sərhədi bağlı qalır. Ermənistan və Azərbaycan arasında bütün şərq sərhədindən 5 km məsafədə hər hansı bir səyahətdən çəkinmək tövsiyə olunur. Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur”, – deyə məlumatda bildirilir.
Eyni zamanda bu gün Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərliyi ilə müdafiə naziri yanında kollegiyanın iclası keçirilib. Ermənistan Respublikası Silahlı Qüvvələrinin döyüş hazırlığı, qoşunların idarə olunması və s. məsələlər müzakirə edilib. General-leytenant Edvard Asryan istiqamətlərə uyğun olaraq görülən işləri və qarşıda duran vəzifələri hərtərəfli təqdim edərək, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin gücləndirilməsi və xidmətin daha səmərəli təşkili istiqamətində məsul bölmələrin rəhbərlərinə bir sıra tapşırıqlar verib.
Xatırladaq ki, yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndi şəhərində Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib. Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib. General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI