Azərbaycan səfirliyi Odessada səyyar konsulluq xidmətinin göstərilməsini təxirə salıb

0

Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Turanın səsi ” in xəbərinə görə, diplomatik nümayəndəlikdən bildirilib ki, buna səbəb Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərinin artmasıdır.

Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir