Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı
Almaniyaya xoş gəlmisiniz, cənab Baş nazir.
“turaninsesi.az ” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət edərkən belə deyib.
Səfir bildirib: “Regionumuz nəhəng dəyişikliklər, transformasiya, bir neçə il bundan əvvəl sadəcə olaraq təsəvvür edilə bilməyən bir şey yaşayır. Bu, bizim əldə etdiyimiz və sizin nail olduğunuz münasibətlərimizdə ən sabit və dinc dövrdür. Şübhəsiz ki, Azərbaycan sülh gündəminin təşəbbüskarı olub və biz aydın və məqsədyönlü hərəkət etmişik. Siz sülhün real faydalarını qeyd etdiniz. Biz mühüm addaımlar atdıq və tezliklə daha mühüm addımlar atacağıq. Ümid edirik ki, Vaşinqtonda əldə olunan razılaşmalar tam həyata keçiriləcək. O cümlədən Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutu. Son maneə olan Konstitusiyaya gəlincə, ümid edirik ki, onlar da aradan qaldırılacaq, sülh sazişi rəsmən imzalanacaq. Hazırda sülh bölgəsində yaşayırıq və hər iki tərəf bunu vurğulayır”.
Arzu Paşaqızı