Azərbaycan səfiri İran XİN-ə çağırıldı – APA-ya görə

İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşüb.
“turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, görüşdə İslam Respublikasının parlament nümayəndə heyətinin Bakıda keçirilən Asiya Parlamentləri Baş Assambleyasında (APA) iştirakı müzakirə edilib.
XİN-in konsulluq məsələləri üzrə nazir müavini bu barədə “X” hesabında paylaşım edib.
Xatırladaq ki, bu, Vahid Cəlalzadə və Əli Əlizadə arasında son dövrdə keçirilən ikinci görüşdür.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI