Azərbaycan rəsmiləri Aktaudadır
Azərbaycanın hökumət rəsmiləri “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır.
“turaninsesi.az” xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Aktaudadır.
Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.