Deputat :“Azərbaycan qardaş Türkiyəyə görə elan olunmamış fövqəladə rejim şəraitində yaşayır”

0

Nəsib Məhəməliyev : “Qardaşlıq başqa cür ola bilməz ! ”

Qardaş Türkiyədəki zəlzələ ilə bağlı ölkəmizdə geniş yardım kampaniyasına start verilib. Sadə vətəndaşlardan tutmuş böyük şirkətlərə qədər hər kəs bu prosesdə yaxından iştirak etməkdə, yardım kampaniyasına öz töhfəsini verməkdədir.

Turanın səsi ” xəbər verir ki , Millət vəkili Nəsib Məhəməliyev baş verənləri əsl qardaşlıq nümunəsi kimi xarakterizə edib, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu bildirib.

“Türkiyədə baş vermiş zəlzələ, həlak olanların, xəsarət alanların və dağıntıların miqyasına görə son illərin ən dəhşətli texnogen hadisədir. Dünyanın bir çox ölkələrindən Türkiyəyə yardımlar təklif olunur, maddi və mənəvi dəstək verilir. Azərbaycan isə, hər hansı təklif və yaxud icazə gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə, 420 nəfərlik xilasedici heyyəti, fövqəladə hallar üçün nəzərdə tutulan avadanlıqlarla birlikdə qardaş ölkəyə göndərdi.

Artıq iki gündür ki, ölkəmiz elan olunmamış fövqəladə rejim şəraitində yaşayır. Restoranlarda, əyləncə mərkəzlərində musiqi səsləri eşidilmir. Adi vətəndaşlar, millət vəkilləri, şirkətlər, biznes strukturları kütləvi şəkildə yardım kompaniyalarına qoşulurlar. Bakıda Türkiyə səfirliyinin, Gəncədə türk konsulluğunun qarşısına çiçəklər qoyulur, dünyasını dəyişənlərin ruhuna dualar oxunur. Sosial şəbəkələrdə, televiziya kanallarında, digər kütləvi informasiya vasitələrində xalq yekdilliklə həmrəylik nümayiş etdirir. Sözün əsil mənasında, hər bir azərbaycanlı, faciəni ürək ağrısı ilə yaşayır. Ötən əsrin əvvəllərində Qazi Mustafa Kamal Atatürkün dahiyanə fikirləri özünü həyatda təsdiq etmiş olur. Azərbaycan Türkiyənin kədərini, öz kədəri hesab edir.

44 günlük Vətən müharibəsində göstərdiyimiz milli birliyimiz bu günlərdə təkrar olunur. Azərbaycan-Türkiyə münasibətləri tarixin ən ağır sınaqlarından çıxmış, əsil qardaşlıq münasibətləridir. Biz birlikdə güclüyük və çətin günlərimizdə bir-birimizə dayaq durmalıyıq. Ələlxüsus, son illərin hadisələri Azərbaycan xalqının dostunun kim, düşməninin kim olduğunu açıq şəkildə göstərdi. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Qardaşlıq başqa cür ola bilməz”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir