Azərbaycan Prezidenti Türkiyə liderini ölkəmizə rəsmi səfərə dəvət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.
“Turanın səsi ” xəbər verir ki, dəvət minnətdarlıqla qəbul edilib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.