Azərbaycan faktın etirafını tələb edir – Prezident Administrasiyası
Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.
“turaninsesi.az” xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, ölkənin heç bir yardıma ehtiyacı yoxdur və bunu qəbul etməyəcək:
“Azərbaycanın heç bir yardıma ehtiyacı yoxdur, nə dövlət, nə də vətəndaşlar onu qəbul edəcək. Biz vətəndaşlarımıza lazımi yardımı göstərir və göstərəcəyik. Azərbaycan faktın etirafını, üzrxahlıq edilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI