Azərbaycan BMT Baş Assambleyası prezidentinin təşəbbüsünə qoşulub

0


Azərbaycan BMT Baş Assambleyasının gender bərabərliyi ilə bağlı kampaniyasına qoşulub.

Bu barədə “Turanın səsi ” ABŞ bürosuna BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, kampaniya BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və BMT-nin Qadınlar Bölməsinin icraçı direktoru Sima Bahousun birgə təşəbbüsü ilə həyata keçirilir.

P.Kubiak əlavə edib ki, sosial layihə BMT-nin gender bərabərliyi və cinsi istismarın qarşısının alınması üzrə onlayn təlimlərini təşviq edir.

Ölkəmizlə yanaşı BMT-yə üzv olan 34 ölkə bu kampaniyaya qoşulub.

Xatırladaq ki, kampaniyanın birinci mərhələsi iyunun 30-dək davam edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir