Azərbaycan 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib

0


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edərək mayın 11-13-də 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak edib.

Turanın səsi ” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, forum ictimai maraqlar naminə hüququn modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, antiinhisar nəzarəti məsələləri üzrə dövlət orqanları, hüquq sahəsində fəaliyyət göstərən orqanlar və elmi fəaliyyətlə məşğul olan qurumlar arasında dialoq üçün ən böyük beynəlxalq platformalardan biridir. Tədbir çərçivəsində antiinhisar tənzimlənməsinin aktual aspektləri, bazarlarda rəqabət şərtləri, tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqələrin qurulması, rəqabətin inkişafı sahəsində beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətlərində qarşılıqlı müzakirələr aparılıb, müvafiq sahələr üzrə təqdimatlar edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir